Bazar, 19 May

"Putinlə görüşümüz çox fərqli keçdi" - Türkiyə prezidenti

image

“İran səfəri çərçivəsində Putinlə görüşümüz çox fərqli keçdi, çünki Putin və Zelenski məsələsində hamıya düşmən deyil, dost gözü ilə baxırıq”. 

Xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli kanallara müsahibəsində deyib.

Prezident iki ölkənin razılığa gələ bilmədiyi məsələlər olmasına baxmayaraq, Türkiyənin Rusiya ilə potensial əməkdaşlıq sahələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

"Biz Putin-Zelenski məsələsində çox mühüm rol oynayırıq. Cənab Putinə məlum olan Qərbin yanaşması siyasətçilərə yaraşan yanaşma deyil. Müharibənin yaratdığı konyukturaya baxmayaraq, biz ikitərəfli münasibətlərimizdəki məsələləri müzakirə etdik. Aramızda bəzi fikir ayrılıqları var, amma müsbət görüş oldu".

Bundan əlavə, Ərdoğan İranda baş tutan Astana prosesi üzrə sammitdə terrorun əsas müzakirə mövzusu olduğunu xatırladaraq, Suriyanın terrorçu yuvasına çevrildiyini bildirib.

"Terrorla mübarizə bir nömrəli məsələ idi. Suriya terror təşkilatlarının evinə çevrilib. Ona görə də Suriyaya qarşı həm Rusiya, həm də İran mövqe tutmalıdır. Terror təşkilatı Fəratın qərbində və şərqində başda olmaqla hücumlarını davam etdirir. Bu mübarizədə qətiyyətimizi şəxsən mən çatdırmışam".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41